30 oktyabr 2023 - 22:40
CAN VƏTƏN xəbər verir ki, bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov hökumət iclasında deyib.
Beləliklə, hadisə nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb.
"Bugünədək xilasetmə-axtarış tədbirləri nəticəsində 45 şaxtaçının cəsədi və ehtimalla 46-cı şaxtaçıya aid qalıqlar aşkarlanıb. Həlak olan 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfər tanınmayıb. Onların identifikasiyası üçün lazımi ekspertizalar aparılır", - o deyib.
Nazirin sözlərinə görə, axtarış işləri elektrik enerjisinin olmaması, mədən yerlərinin məsafəsinin uzunluğu və dağılmış mexanizmlərin çoxluğu səbəbindən çətinləşib.