Çapa göndər
"Bayraktar TB3" ilk dəfə səmada - VİDEO

27 oktyabr 2023 - 22:27

"Bayraktar TB3" ilk dəfə səmada - VİDEO


Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli iplotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.

CAN VƏTƏN xəbər verir ki, PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən havaya qalxıb.

Saat 08.30-da havaya qalxan "Bayraktar TB3" sistem identifikasiya testlərini uğurla başa vurub və bir saatlıq uçuşu tamamlayıb.

Şirkətin rəsmisi Səlcuq Bayraktar PUA-nın hava müharibəsində inqilab olacağını bildirib.

PUA Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan mühərriklə uçuş həyata keçirib. 170 at gücündə olan mühərrik dəniz şəraitinə uyğunlaşdırılıb.