Çapa göndər
Nazir Xocalı, Tərtər və Xankəndiyə komendantlar TƏYİN ETDİ

28 oktyabr 2023 - 14:06

Nazir Xocalı, Tərtər və Xankəndiyə komendantlar TƏYİN ETDİ

Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirlən Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.

Nazir, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.