29 oktyabr 2023 - 13:38
CAN VƏTƏN xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen deyib.
O, Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün belə addım atıldığını bildirib.
“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmağı əmr etdim”, - nazir qeyd edib.