Çapa göndər
Gülağa Tənha: İLHAM DEYİR…

20 oktyabr 2023 - 22:15

Gülağa Tənha:

İLHAM DEYİR…

.

Heydər kimi uzaqgörən –

qabaqladın illəri sən,

Sevindirdin qönçəsində

boyun bükən gülləri sən,

Sevindirdin bayraq öpən dodaqları,

bayraq tutan əlləri sən,

Sevindirdin obaları, elləri sən!..

.

Dağıdırsan üstümüzdən

Əlçim-əlçim boz-bulanıq dumanları,

Çilik-çilik eləyirsən

şübhələri, gümanları.

Haqq yoluna çağırırsan

Paxıllıqdan için-için yananları,

Allahından üz döndərib

göydə günü dananları,

Odumuzla, közümüzlə doymayaraq,

Gözümüzün işığını umanları…

.

Sənin yolun – haqqın yolu;

Hələ məhbus Cıdır düzü

Qayalara dırmaşaraq yola baxar,

Ləçəyinin jaləsini silkələyən Xarı bülbül

Qızıl gülü çölə dönmüş,

düzə baxar, kola baxar.

Sənə Vətən, xalq inanır;

bu inamda torpaq səsi,

bu inamda çəkic səsi, oraq səsi,

bu inamda Qarabağın şikəstəsi…

.

…Azərbaycan olub sənin

Canına ruh, ruhuna can;

Sən bir dahi övaldısan,

adın ilə fəxr edəcək Azərbaycan!

…Zaman gəldi and içərək Sən də öpdün

Azərbaycan bayrağını,

Millətimin sevgisindən ilham alıb,

Ucalt, İlham,

Azərbaycan torpağını.