19 oktyabr 2023 - 20:46
Modern.az-ın araşdırmasına görə, bütün digər 23 bankla müqayisədə “Muğan Bank” vətəndaşların əmanətlərinə ən yüksək faiz ödəyən bank olub.
Belə ki, “Muğan Bank”da əmanətlərə illik 11% ödəniş edilirdi. Gəlirin aylıq və ya müddətin sonunda götürülməsinin isə fərqi yox idi.
Müqayisə üçün qeyd edək ki, “Turanbank”da əmanətin gəliri aylıq götürüldükdə 10%-lə, müddət sonunda isə 10,5%-lə hesablanır.
“Rabitəbank”da əmanət gəliri aylıq ödənildikdə 10,25%, müddətin sonunda ödənildikdə 10,3%-lə hesablanır.
Accessbank əmanətçilərdən cəlb etdiyi depozitə illik ortalama 9% ödəniş edir. Əgər əmanət gəliri aylıq ödəniləcəksə 9,5%-lə, ilin sonunda ödəniləcəksə 10%-lə hesablanır.
Digər banklarda əmanət faziləri bir qədər də aşağıdır.
Qeyd edək ki, hazırda fiziki şəxslərin banklardakı əmanətindən əldə etdikləri gəlirdən 10 faiz məbləğində vergi tutulur. Tutaq ki, əmanətçi banka 10 min manat depozit yatırıb. İlin sonunda əmanətin 1000 manat gəliri olubsa, onun 100 manatını bank özündə saxlamaqla vergi xidmətinə ödəyir.