19 oktyabr 2023 - 12:38
CAN VƏTƏN xəbər verir ki, bunu Misirdə işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 19-da bu ölkənin Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşdə deyib.
QMİ sədri 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporu və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya Kilsələr Şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırıb.
O, erməni təcavüzünün ağır nəticələri, 30 il erməni işğal altında olunmuş ərazilərimizdə törədilən vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verib.
Şeyxülislam xüsusi olaraq qeyd edib ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq göstərilməmişdir və onlar bu ərazini könüllü olaraq tərk ediblər.