12 oktyabr 2023 - 03:23
.
Dərd elə dərddi, yozma
Ağa, qaraya dərdi.
Biryolluq can qurtarıb
Atım haraya dərdi?
.
Həsrət gözün nəmidi,
Həsrət sevgi qəmidi.
Dərd barama kimidi,
Qoyma sarıya dərdi.
.
Uyma fitnəyə, felə,
Özünə dözüm dilə.
Bir az cəsarət elə
Bölək yarıya dərdi.
.
.......................... May, 2000