Çapa göndər
SUBHAN BAQİ: DÜNYANIN

10 oktyabr 2023 - 23:16

SUBHAN BAQİ:

= DÜNYANIN =

 


Sevinci qətrədir, kədəri ümman,
Yolu kələ-kötür, havası duman,
Xoşbəxt gələcəyə qalmayıb güman,
Quruca hallanır adı dünyanın.


Bürüyüb fəzanı barıt qoxusu,
Dözə bilmir insanların çoxusu,
Zülm əhlində olmaz Allah qorxusu,
Daha qalmayıbdı dadı dünyanın.


Anaların gözü yolda qalıbdı,
Qız-gəlinlər qüssədən saralıbdı,
Nalə səsi Ərşə lərzə salıbdı,
Bilinmir doğması, yadı dünyanın.


Subhan, niyə insan gözü doymayır?!
Bilir, fələk o saydığın saymayır,
Tikdiyindən bir daş belə qalmayır,
Son anda yox gedən şadı, dünyanın.
Yox sonda tərk edən şadı, dünyanın.


                            SUBHAN BAQİ,
                              08. 10. 2023.