Çapa göndər
Xankəndi ilə bağlı mühüm AÇIQLAMA 

09 oktyabr 2023 - 00:34

Xankəndi ilə bağlı mühüm AÇIQLAMA 

Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

TƏBİB-dən bildirilib ki, oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.