Çapa göndər
SƏN GÖRÜŞƏ GƏLƏNDƏ - Gülağa Tənha yazər

06 oktyabr 2023 - 01:20

Gülağa Tənha: 


SƏN GÖRÜŞƏ GƏLƏNDƏ

 


.
Göylərdən nur tökülür,
Sən görüşə gələndə.
Dünyanın üzü gülür,
Sən görüşə gələndə.


.
Bağda bülbül sevinir,
Qönçəli gül sevinir,
Sən gələn yol sevinir,
Sən görüşə gələndə.


.
Qəlbimdə günəş yanır,
Arzu, ümid oyanır,
Zaman belə dayanır,
Sən görüşə gələndə.


.
Ömrü artır hər anın,
Gülü açır dünyanın,
Sınır beli hicranın,
Sən görüşə gələndə.


.
Cənnət olur çöl-çəmən,
Mələklər enir göydən,
Bəxtəvər oluram mən,
Sən görüşə gələndə.


.
May, 2002