Çapa göndər
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır

01 oktyabr 2023 - 01:09

Gülağa Tənha:


NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT

 

 


.
Bilmirəm nə deyim, qaş da qaralır,
Aranı-bərəni kəsən dağlara?
Daha dözə bilmir, səbri daralır,
Yollardan-izlərdən küsən dağlara…


.
Aralı düşmüşük…
Bir vaxt, bir zaman
Dərdimin adını bilənimiydin.
Bunca dil açmazdı, gülməzdi güman,
Dərdimi-qəmimi bölənimiydin.


.
Belə qurulubdu dünyanın işi,
Biri ağlayarmış biri güləndə.
Kərəmin ömrünə daş ələnərmiş,
Keşişin ovsunu, sehri güləndə…


.
Moskva, 1998