Çapa göndər
“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır

24 oktyabr 2018 - 16:49

Oktyabrın 26-da “Ukrtransnafta” şirkəti Cənub neft terminalının rezervuarlarında olan 7 min ton “Аzeri Light” neftinin elektron birja hərraclarına başlayacaq.

"Bİ" xəbər verir ki, bu barədə “Ukrayna Energetika Birjası”nın məlumatında deyilir.

Sonuncu dəfə bu terminaldan hərraclar avqust ayının sonunda keçirilib. Ukraynanın dövlət şirkətindən bildiriblər ki, xammalın satışları “Naftoqaz Ukraina” şirkətinin qərarı əsasında keçirilir.

Əvvəl də olduğu kimi, “Ukrtransnafta”nın neft hərracları differensial rejimdə keçirilir. Neftin tədarükü noyabrın 11-dən 18-nə kimi həyata keçiriləcək.