Çapa göndər
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR

20 sentyabr 2023 - 17:38

Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün yeni antidron sistemləri alıb.

CAN VƏTƏN xəbər verir ki, bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycana tədarük edilən ILTER adlı sistemlər "Boğaziçi Savunma" şirkəti tərəfindən istehsal edilib. Sistemin effektivliyi həm ölkə daxilində, həm də ölkə xaricində sübut edilib.

Bildirilir ki, antidron sistemi fırlanan və ya sabit qanadlı mini/mikro PUA-lara qarşı tam avtomatik rejimdə işləyir. Sistem aşkar edilə təhdidi aşkarlayır və sıradan çıxarır.
Ətraflı

Mobil və stasionar vəziyyətdən işləyən ILTER 360 dərəcə hədəfləri aşkarlaya və 8 kilometr məsafədə zərərsizləşdirə bilir.

24 saat aktiv vəziyyətdə işləyə bilən sistemlərin artıq Azərbaycana çatdırıldığı bildirilir.