Çapa göndər
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək

20 sentyabr 2023 - 17:08

Hindistan Ermənistana hərbi attaşe təyin edəcək

Hindistan Hərbi Hava Qüvvələri Ermənistana hərbi attaşe təyin etmək niyyətindədir.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Vivek Ram Çaudhari məlumat verib.
O qeyd edib ki, hərbi idarə strateji məqsədlər üçün xaricdəki mövcudluğunu genişləndirmək istəyir.

Çaudhari bildirib ki, Hindistan Hərbi Hava Qüvvələri ABŞ-ın Sakit Okean Komandanlığına da üç əlaqə zabiti göndərəcək.