20 sentyabr 2023 - 14:02
Bu arada Nikol Paşinyanın ailə üzvlərinə qarşı da təhlükə yaranıb.
CAN VƏTƏN xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alan Nikol Paşinyan ailəsinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qalıb. Belə ki, “Hraparak”ın məlumatına görə, Nikolun Paşinyanın ailəsi İrəvandan çıxarılıb. Paşinyan ailəsinin Sevan şəhərindəki bağ evinə yerləşdiyi və onların təhlükəsizliyinin gücləndirildiyi bildirilir.
Nəşr yazır ki, hökumətin yüksək rütbəli məmurları baş nazir Nikol Paşinyanla birlikdə yığıncaqları Müdafiə Nazirliyinin bunkerində keçirirlər.