Çapa göndər
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT

19 sentyabr 2023 - 23:22

Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış edib.

CIN VƏTƏN xəbər verir ki, bu barədə administrasiyanın açıqlamasında bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir", - qurumdan qeyd olunub.