Çapa göndər
Ermənilər diversiyaya cəhd etdi - Ordumuz hərəkətə keçdi 

13 sentyabr 2023 - 22:58

Ermənilər diversiyaya cəhd etdi - Ordumuz hərəkətə keçdi 

Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.