Çapa göndər
Türkiyə bankı Gəncədə filial açır

24 oktyabr 2018 - 15:31

Türkiyənin “Zıraat Bankası”nın Azərbaycandakı törəməsi “Zıraat Bank Azərbaycan” ASC 2-ci filialını açmağa hazırlaşır.

"Bİ" xəbər verir ki, yeni filial Gəncə şəhərində fəaliyyət göstərəcək.

Bununla belə, “Zıraat Bank Azərbaycan”ın Sumqayıt və Naxçıvan şəhərlərində də yeni filial açmaq planları var. Hazırda isə Bank müştərilərinə Bakının Yasamal rayonundakı baş ofisi və Səbail rayonundakı filialı vasitəsilə xidmət göstərir.

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.