Çapa göndər
Erməni diasporu Parisdə rəzil oldu - FOTOLAR

03 sentyabr 2023 - 08:26

Erməni diasporu Parisdə rəzil oldu - FOTOLAR
Fransanın paytaxtı Parisdə radikal ermənilər Azərbaycan səfirliyi qarşısında nümayiş keçirməyə cəhd edib.

Nümayiş iştirakçılarının sayı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ən böyük erməni diasporlarından birinə ev sahibliyi edən Parisdəki nümayişdə 8-10 nəfər iştirak edib.

Nümayiş "iştirakçıları" separatçı qurumun əski parçaları ilə insanları onlara qoşulmağa çağırıb, ancaq çağırış nəticə verməyib.
Ətraflı

Radikal ermənilər Azərbaycan səfirliyinin yerləşdiyi küçəni bağlamağa və diqqəti cəlb etməyə cəhd edib. Polis aksiyanı dağıdaraq ermənilərin hərəkətinin qarşısını alıb.

Sosial şəbəkələrin erməni seqmentində olan istifadəçilər istehza ilə aksiyada iştirakçılardan çox polis olduğunu bildirib. Bir çox diaspor ermənisi aksiyanın uğursuzluqla başa çatdığını yazıb. Bəziləri isə bunu artıq dağılmaqda olan erməni diasporunun son çırpınışları kimi şərh edib.