Çapa göndər
«QUMLU SƏHRALARI MƏN…» Gulaqa Tenha yazır

31 avqust 2023 - 20:14

Gulaqa Tenha

«QUMLU SƏHRALARI MƏN…»

 

 

Qumlu səhraları mən
yığmışam həsrət gözümə,
Yanğımı söndürəsi
gur bulağımsan, gözəlim.

.

Dərd əlindən dağa
çıxmaqdı şairin diləyi,
Mən sənə yol gəlirəm,
qarlı dağımsan, gözəlim.

.

Ayrılıq dərdə düşər,
təntidə bilməz məni qəm,
Gecəmi gündüz edən
şam-çırağımsan, gözəlim.

.

Bu günümdən sabaha
səsləyərmi tale məni?–
Səsləyər, səsləyəcək,
xoş sorağımsan, gözəlim.

.

İmanı olan kəsin
Baği-İrəmdi müjdəsi,
Tənha Rizvana dönüb,
İrəm bağımsan, gözəlim.