Çapa göndər
Azərbaycanda koronavirusun yeni ştamı AŞKARLANIB?

25 avqust 2023 - 11:35

Azərbaycanda koronavirusun yeni ştamı AŞKARLANIB?

“Hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib”.

Bu barədə "Report"a  TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yay mövsümündə xarici ölkələrə səfərlərin artması ilə əlaqədar mövsümi olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözləniləndir:

“Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Koronavirus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşır. Bu səbəbdən variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır”.