Çapa göndər
Gülağa Tənha: QƏLƏMİM

20 avqust 2023 - 12:24



 Gülağa Tənha:

QƏLƏMİM

 


Ustaya külüngü qələmdi, vallah,
Qanana qələm də külüng kimidi…

 


Ürəyimdən keçənləri
Ömrümə yazdı qələmim.
Hər kəlməni öz adına –
Dadına yozdu qələmim.

 


Qüssə daddı bar əvəzi,
Qəhər sıxdı nar əvəzi,
Ağrını paltar əvəzi
Geyinib dözdü qələmim.

 


Yaşadarmı söz – yaşımı,
Ocağımda köz – daşımı?
Kəlmə-kəlmə göz yaşımı
Badəmə süzdü qələmim.

 


Gözlərimin yağı olub,
Özü boyda ağı olub,
Varaq-varaq ağrı olub
Canımı üzdü qələmim.

 


Bilmədim nə qəsddi belə,
Nə maraq, həvəsdi belə,
Söz yolumu kəsdi belə,
Kim deyir bezdi qələmim?

 

 

 

 

Gülağa Tənha (Gulaqa Tenha)
#gulaqatenha, #gulaqaqanbarov, #gülağatənha, #gülağaqənbərov
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #işadamı #xeyriyyəçi #kitab #şeir #sheir #GülağaTənha #GulaqaTenha #şair #ədəbiyyyat #musiqi #incəsənət #mahnılar #azərbaycan #aze #musiqi #şou #sahibkar #diaspora #masallı #ərkivan #cənubbölkəsi #cənublu #vətəndaş #vətən # # # # # # # # # # # # # # # # # # # #