Çapa göndər
“Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsi uğurla başa çatıb.

19 avqust 2023 - 17:39

“Tənha Anaların Sosial İnkişafına Dəstək”

layihəsi uğurla başa çatıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ”İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi, “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin yaratdığı koalisiyasının təşəbbüsü ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində Şamaxı rayonunda yaşayan 30 tənha qadın üçün müxtəlif fərdi və qrup psixoloji seanslar, onların cəmiyətə, real iş mühitinə inteqrasiyasını sürətləndirən təlimlər, sosial rifahlarının stabilləşdirilməsi və gələcək karyera imkanlarının dəyərləndirilməsi istiqamətində işgüzar görüşlər təşkil olundu. Belə ki, layihənin sonunda iştirakçı qadınlardan 3 nəfəri daimi iş imkanı əldə etdi. Digər layihə iştirakçıları isə layihənin əməkdaşlıq etdiyi qurumlar tərəfindən məşğulluq imkanlarının artırılması istiqamətində təlimlərə cəlb edilib, yaxın zamandalarda əldə edəcəkləri aktivlər vasitəsilə istehsal edəcəkləri məhsulları  Yardılanacq “Sosial bazarda” satışa çıxaracaqlar.
Layihənin paralel keçirilən fazasında gənclər şəxsi inkişaf və gələcək karyeralarında onlar üçün faydalı olacaq təlimlərdə iştirak etmişlər. Beləki gənclər üçün təlimlərlə yanaşı sosial inkişaflarının artmasına istiqamətində Saffari parka  müxtəlif muzeylarə, komplekslərə infoturlar təşkil edilib. Bununla yanaşı gənclər yaradıcılıq mərkəzləri ilə yaxından tanış olub, layihə iştirakçıları olan  gənclərə yaradıcılıq mərkəzlərində müxtəlif istiqamətlər üzrə klublarda fəaliyətlərə başlamışlar. Şamaxı Olimpiya İdman Kompleksi əməkdaşlıq çərçivəsində isə bir neçə gənc kompleksin təklif etdiyi idman növləri ilə məşğul olmaq üçün qeydiyyatdan keçiblər.
Diqqətə çatdıraq ki,  “Tənha Anaların Sosial İnkişafına Dəstək”  layihəsinin əsas məqsədi Şamaxı rayounda yaşayan ailə dəstəyindən məhrum olan, həyat yoldaşı ilə birgə yaşamayan və övlad sahibi olan qadınların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, psixoloji dəstəyin göstərilməsi, tənha qadınların məşğulluğunun təmin edilməsi onların cəmiyətə adaptasiyasının sürətləndirilməsi həmçinin onların yeniyetmə övladlarının fərdi inkişafı və düzgün təhsil imkanlarını artırmaq idi.
Layihə, Dövlət Məşğulluğ Agentliyinin həyata keçirdiyi sosial sahibkarlığın inkişafına  dəstəy proqramları çərcivəsində davam etdiriləcək.