13 avqust 2023 - 10:44
CAN VƏTƏN "New York Post" (NYP) nəşrinə istinadən xəbər verir ki, yu-York ştatının Səhiyyə Departamentinin avqustun 2-nə olan məlumatına görə, COVID-19-a yoluxanların sayı əvvəlki həftə ilə müqayisədə 55% artıb.
Bildirilir ki, ştatda gündə orta hesabla 824 insan virusa yoluxur. Eyni zamanda, yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsi halları 22% artıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bir həftə ərzində ölkə daxilində 8 min nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
İnfeksiya hallarının artması immunitetin azalması ilə izah olunur.