Çapa göndər
Gülağa Tənha: QAYIT GƏL
07 avqust 2023 - 22:44
Gülağa Tənha:
QAYIT GƏL
.
Heç özüm də bilmirəm
Bu nə haydı-haraydı.
Ürəyim ki, ömrünə
Bir qurulu saraydı.
.
Səni haraylayıram
Küləklərin səsiylə.
Ay ömrüm, sevgimizin
Sonuncu nəfəsiylə.
.
Heyrətindən ərisin
Qoy dünyamız büsbütün.
Qayıt,
qayıt,
qayıt gəl
Məni yaşatmaq üçün!
.
Oktyabr, 2007