Çapa göndər
Masallı pəhləvanı II MDB Oyunlarında bürünc medal qazanıb

10 avqust 2023 - 19:06

Masallı pəhləvanı II MDB Oyunlarında bürünc medal qazanıb

Belarusda keçirilən II MDB Oyunlarında sərbəst güləş üzrə yarışlar başa çatıb.
Məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında yarışda iştirak edən doqquz güləşçimizdən altısı fəxri kürsüyə (2 qızıl, 3 gümüş və 1 bürünc) qalxıb. 
Masallı rayonundan olan idmançımız II MDB Oyunlarından medalla qayıdır.
Sərbəst güləş üzrə gənclərdən ibarət millimizin üzvü Rəşid Babazadə (65 kq) yarışların üçüncü mükafatına sahib olub.
Məlumat üçün bildirək ki, Rəşid Cavid oğlu Babazadə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı üzrə sektorunun nəzdindəki Uşaq-Gənclər İdman-Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.
 
Akif AĞAYEV,                        
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü