21 iyul 2023 - 17:12
Bu barədə CAN VƏTƏN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.
Toplanan materialda Azərbaycan Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb,
S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.