Çapa göndər
Rusiyaya qarşı yeni sanksiyalar

20 iyul 2023 - 22:03

Rusiyaya qarşı yeni sanksiyalar

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli 20 fiziki və 21 hüquqi şəxs, eləcə də Rusiyanın mədəniyyət və təhsil sektorları ilə əlaqəli 19 fiziki və 4 hüquqi şəxs "qara siyah"ya salınıb.

Sanksiya tətbiq olunan şəxslər arasında "Vaqner" muzdlularının komandirləri də var.