16 iyul 2023 - 16:28
CAN VƏTƏN xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Daxili İşlər Nazirliyi Bakıda “Maşın bazarı” adlanan ərazidə baş verən kütləvi dava ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:
“Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.