Çapa göndər
Masallı RİH başçısının şəhid ailələri ilə növbəti görüşü

15 iyul 2023 - 13:03

Masallı RİH başçısının şəhid ailələri ilə növbəti görüşü

 

Ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin, eləcə də qazi və müharibə iştirakçılarının problemlərinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər həyata keçiriliir.

İyulun 12-də, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin üzvləri ilə görüşüb.

Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.

Şəhid ailələri ilə görüş zamanı rayon rəhbəri onları narahat edən məsələlərlə maraqlanıb, təklif və müraciətlərini dinləyib.

RİH başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi yönümündə şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, bundan sonra da şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılacağına əminlik ifadə edib.

Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. 
 

Akif AĞAYEV