Çapa göndər
İsrail Prezidenti ABŞ-a gedir - Baydenlə görüşəcək 

13 iyul 2023 - 09:57

İsrail Prezidenti ABŞ-a gedir - Baydenlə görüşəcək 

İsrail Prezidenti İsxak Hersoq ABŞ-a səfər edəcək.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Səfər iyulun 18-də baş tutacaq. O, Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Liderlər İsrailin regional inteqrasiyası və Rusiyanın İranla hərbi əlaqələri barədə fikir mübadiləsi aparacaq.