Çapa göndər
“Ərkivan” (Masallı) FK ölkə kubokunun 1/4 final mərhələsində...

09 iyul 2023 - 18:43

“Ərkivan” (Masallı) FK ölkə kubokunun 1/4 final mərhələsində...

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə ölkə kuboku yarışlarının final oyunlarına start verilib
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ölkə kubokunun 1/8 final mərhələsində “Dirçəliş 2” (Bakı) komandası ilə qarşılaşıb.
Oyun iyulun 9-da Bakı şəhərindəki “ASK Arena” stadionunda keçirilib.
İlk hissəni 4:0 hesabı ilə öz xeyrinə başa vuran Masallı idmançıları fasilədən sonra da üstünlüyü əldən verməyiblər. Beləliklə, görüş “Ərkivan” futbol klubunun qələbəsi ilə yekunlaşıb – 6:1.    
Masallı futbolçularından Rövşən İsmayılov (4 dəfə), Sənan Əbilov və Hüseyn Əsədullayev (1 dəfə) fərqləniblər.
Görüşün qalibi “Ərkivan” (Masallı) FK ¼ finala vəsiqə qazanıb. Komanda növbəti görüşünü iyulun 12-də (“ASK Arena” stadionunda) Zəngilanın “Çinar” komandası ilə keçirəcək.
Məlumat üçün bildirək ki, “Ərkivan” (Masallı) FK həvəskarlar liqasında XXIV Azərbaycan birinciliyinin bürünc medalına sahib olub.
 
AKİF AĞAYEV