Çapa göndər
Penitensiar xidmətin yeni rəisinin DOSYESİ

10 iyul 2023 - 12:05

Penitensiar xidmətin yeni rəisinin DOSYESİ

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

CAN VƏTƏN-ın məlumatına görə, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.

O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.