Çapa göndər
Ceyhun Bayramov prezidentə TƏŞƏKKÜR ETDİ 

08 iyul 2023 - 22:48

Ceyhun Bayramov prezidentə TƏŞƏKKÜR ETDİ 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Azərbaycan diplomatiyasının rəhbəri tviterdə qeyd edib.

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir sıra əməkdaşlarına diplomatik rütbələr verilib.