05 iyul 2023 - 17:22
Qanunsuz verilən 5 min hektar torpaq sahəsi geri qaytarıldı
2023-cü ildə 49 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən CAN VƏTƏN-ə verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 1.800-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 5.000 hektardan artıq torpaq sahəsinin geri qaytarıldığı bildirilib.