Çapa göndər
Fransada etirazlar səngimir - Komendant saatı elan edildi

29 iyun 2023 - 23:06

Fransada etirazlar səngimir - Komendant saatı elan edildi

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar daha da şiddətlənib.

CAN VƏTƏN yerli mətbuata istinadən xəbər verir ki, baş verən hadisələrlə əlaqədar Klamart şəhərində iyulun 3-dək komendant saatı tətbiq edilib.

Etirazlarda polis əleyhinə şüarlar səsləndirilib, nümayişin marşrutu üzrə hərəkət edən maşınlar yandırılıb.

Bəzi nümayişçilər Fransa bayrağını yandırmağa cəhd edib, polisə daş atıblar. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Fransa Milli Jandarmına məxsus helikopter Nanter şəhərinə göndərilib.