Çapa göndər
Şəhid ailələri Şuşaya səfər ediblər

25 iyun 2023 - 17:48

Şəhid ailələri Şuşaya səfər ediblər

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Gəncədə yaşayan şəhid ailələrinin Azərbaycanın mədəniyyət paytaxtına səfəri reallaşdırılıb.

CAN VƏTƏN Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, səfərdə 95 şəhid ailəsi üzvü iştirak edib.

Şuşada şəhid olan hərbçilərin valideynləri də iştirakçılar arasında olub.

Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.

Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.