Çapa göndər
Hansı əməllər edək ki, şəhid ruhları rahat olsun? Necə edək ki, Masallıda paklıq siyasəti rayonunun hər guşəsində hiss edilsin?

25 iyun 2023 - 21:15

Hansı əməllər edək ki, şəhid ruhları rahat olsun?

Necə edək ki, Masallıda paklıq siyasəti rayonunun hər guşəsində hiss edilsin?

 

Hansı əməllər edək ki, şəhid ruhları rahat olsun?

Necə edək ki, Masallıda paklıq siyasəti rayonunun hər guşəsində hiss edilsin?

Yaxud, Zahir Əmənovun icra başçısı və məmurlar  qarşısında çıxışında kimləri hədəfə almışdı?
Uzun illərdir ki, Zahir Əmənovun izləyicisiyəm. Araşdırma yazılarını, kəskin tənqidi çıxışlarını böyük həvəslə oxuyuram.
Son vaxtlar Zahir Əmənovun icra hakimiyyətinin tədbirlərinə qatılması, icra başçısı ilə birgə görüntüləri, bir stolda əyləşməsi maraqlı suallar doğurub.
Nələr baş verir? Əvvəlki icra başçısını ölkənin  ən aparıcı internet kanallarında kəskin tənqid edən Əmənov nədən yeni icra başçısına loyal münasibəti göstərir.
Zahir müəllim özü yazılarında bu məqamlara kifayət qədər aydınlıq gətirib.
Dünən ki, iyunun 24-dəki tədbirdə - Zahir Əmənovun ssenarisi ilə hazırlanmış “Masallı – abidələşən şəhidlər” sənədli filmin İcra Başçısı səviyyəsində, 400 nəfərlik zalda təqdimatında və həmin tədbirdə Əmənovun özünəməxsus çıxışında  bir çox mətləblərə aydınlıq gətirdi.
1-ci bəlli oldu ki, icra başçısı Zahir Əmənovu layiqincə dəyərləndirir və ona meydan veririr. (Bu bir çox köhnə “qurdları qıcıqlandırsa da). Bundan isə ən çox qazanan Masallı olur. Çünki Zahir müəllim nədən yazırsa yazsın, özünəməxsusluğun və peşəkarlığın göstərir. Və icranın uğurlarını daha səviyyəli və inandırıcı təqdim edir.
İkincisi, bu tədbirdə Zahir müəllimin çıxışı  göstərdi ki, o kimin yanında, ya hansı məclisdə  olur olsun, öz sözünü kəskinliyi ilə deyir.
Bu tədbirdə də icra başçısı ona mükafat təqdim edəndə  rayonun onlarla rəhbər işçisinin qarşısında, icra başçısının bir addımlığında aşağıdakıları dedi:
(ümumi minnətdarlıq ifadələrindən sonra)
-    Masallıkı Şəhid abidələri və bulaqları haqqında film çəkmək çoxdankı arzum idi. Lakin əvvəlki rəhbərlik buna dəstək vermədi, hətta icranın rəsmiləri 40 nəfərlə üstümə hücum çəkəndə bu istəyi mənə qarşı təhdidə də çevirdilər. Cənab başçı,  sağ olun ki, siz bu arzumuzu realaşdırdınız.
Daha sonra---
-    Şəhidlərə nə qədər ehtiram göstərsək, azdır. Lakin bu ehtiramla yanaşı biz onların yarımçıq almış arzuları,  ümidlərinin də şəhid olmasına yol verməməliyik.
-    Onlar ona görə şəhid oldular ki, torpağımız azad olsun, biz xoşbəxt olaq.
Biz nə etməliyik ki, şəhid ruhun rahat olsun?
-    Bu gün bu yurdda bəd əməlləri ilə ləkəli “tarix yazanlar”, rayonun kerçək tarixini yazanları təhdid altında saxlayırlarsa, həmin şəhidlərin ruhu şad ola bilərmi?
-    Cənab başçı,  son 11 ayda əsas işlərinizdən biri rayonda paklıq siyasəti yeritmək, hər bir işdə halalığı bərpa etmək olub. Heyf ki, bu paklıq, bu  halalıq icra hakimiyyətinin səlahiyyətlərindən, hüdudlarından kənara çıxmır? Bir çox aparıcı idarə müdirləri “dədə-baba” qaydalarından əl çəkmir.
-    Biz istəyirik ki, bu halallıq, bu paklıq royunun hər tərəfində, hər guşəsində hiss olunsun.
-    Bu sözlərlərin sətiraltı mənası nədir? Zahir müəllim bununla nə demək istəyirdi?
Yəqin ki, bir daha onu belə tədbirlərə çağırıb, ona belə şans verməzlər.
Ya da əksinə İcra başçısı incə, düşünülmüş və uzaq görən siyasəti ilə belə insanlara daha geniş meydan verəcək.