17 iyun 2023 - 20:47
CAN VƏTƏN xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov iyunun 19-da jurnalistlərə müsahibəsində səsləndirib.
O bildirib ki, məcburi köçkünləri qarşılayan ilk “qaranquş” Ağalı kəndidir. Ağalı kəndinə 86 ailə köçürülüb. Ağalıdan sonra Tərtərin Talış kəndi 20 ailəni qəbul edib.
“Sevindirici haldır ki, artıq Laçın rayonuna köç başlayıb, 52 ailə evlərinə yerləşib. Çox fərəhlidir ki, biz artıq “keçmiş məcburi köçkün” sözlərini işlədirik”, - deyə Fuad Hüseynov qeyd edib.