Çapa göndər
Gülağa Tənha: O KÖRPƏNİN NƏ GÜNAHI

16 iyun 2023 - 13:47

Gülağa Tənha: O KÖRPƏNİN NƏ GÜNAHI
.
O körpənin nə günahı,
Ey İlahim, ey İlahim?
Niyə qıydın o körpəyə,
Ey İlahim, ey İlahim?
.
Kor yaratdın o körpəni,
Görəmmir gülü-gülşəni.
Kor et məni, kor et məni,
Ey İlahim, ey İlahim.
.
Baxıram o qızcığaza,
Sanki dolu düşüb yaza.
Günəş yazır ağ kağıza,
Ey İlahim, ey İlahim.
.
Biz böyüklər səhv eləyən,
Bir-birini məhv eləyən.
Sən – bizləri əfv eləyən,
Ey İlahim, ey İlahim.
.
Sən sevindir körpələri,
Kar yaranmış əlilləri.
Aç lal olan o dilləri,
Ey İlahim, ey İlahim.
.........................Bakı, Şüvəlan,
.İnternat məktəb, mart, 2003