Çapa göndər
Saakaşvili cinayətlərin əvəzini ödəməlidir - Gürcüstan prezidenti

16 iyun 2023 - 19:57

Saakaşvili cinayətlərin əvəzini ödəməlidir - Gürcüstan prezidenti

 

"Saakaşvili onun rejimi altında törətdiyi cinayətlərin əvəzini ödəməlidir".

CAN VƏTƏN "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Ukrayna mətbuatına müsahibəsində deyib.

Keçmiş dövlət başçısının əfv olunması ilə bağlı suala o, gürcü xalqı qarşısında cavabdeh olduğunu bildirərək cavab verib.

"Gürcü xalqı çoxlu qurbanlar verərək Saakaşvili rejiminin 8ilindən sağ çıxdı. Çoxları şəxsən məndən soruşub, amma mən onlara izah etdim ki, bu vəziyyətdə məhz gürcü xalqına görə əfv variant deyil", - o bildirib.

Zurabişvili yenə də Saakaşviliyə elektron qolbaq taxmağı təklif edib və hökuməti “xarici dünyada baş verənlərə daha uyğun olan yollar tapmağa” çağırıb.