Çapa göndər
Masallıda Milli Qurtuluş Gününə həsr edilmiş konfrans keçirilib

16 iyun 2023 - 16:55

Masallıda Milli Qurtuluş Gününə həsr edilmiş konfrans keçirilib

11 d. əvvəl 33

Masallıda Milli Qurtuluş Gününə həsr edilmiş konfrans keçirilib

 

Masallıda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Masallı şəhər Heydər Əliyev Mərkəzinin geniş akt zalında keçirilən konfrans öncəsi Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Liderimizin ömür yolundan bəhs edən vidoçarx izlənilib.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayon sakinlərini Qurtuluş Günü münasibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır: “Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün region dövlətləri arasında söz sahibinə çevrilməyimizin əsas qayəsi məhz müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir...” 

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru İlqar Ramiz oğlu, Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru, Vətən müharibəsi iştirakçısı Fuad Mənsimov və başqaları o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışıblar. Natiqlər tarixi faktlara söykənərək qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi: “Müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyuldu. Xalqın istəyilə 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və sürətli inkişafın təməli qoyuldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır…”

Konfransı Masallı RİH başçısı Araz Əhmədov yekunlaşdırıb.

Akif AĞAYEV