Çapa göndər
AY QIZ - Gülağa Tənha:

10 iyun 2023 - 11:01

Gülağa Tənha:

AY QIZ


.
Baxdın gözlərimə, qəlbim alışdı,
O zərif ürəyin bir daşmı, ay qız?
Bu necə gözlərdi, necə baxışdı,
Zalımlıq heç sənə yaraşmır, ay qız.

 


.
Yenə qonaq oldun bizim Vətənə,
Mən qulaq asmadım yoldan ötənə.
Sən də heç inanma gəlib -gedənə,
Desələr o sənə yaraşmır, ay qız.
.
Sən olan çəmənin bülbülüyəm mən,
Yanağın lalədir, saçın yasəmən.
Sözlərin tikan tək keçir ürəkdən,
Tikan yasəmənə yaraşmır, ay qız.
.
Gülağa eşqindən dəli-divanə,
Vurulub sənin tək gözəl insana.
Sənsiz keçən ömrüm sanki əfsanə,
Sənsizlik heç mənə yaraşmır, ay qız.
.
Bakı, 23 mart, 2003