Çapa göndər
Misir Mərdanovun qızı özəl məktəb təsis edib

24 oktyabr 2018 - 08:51

Bakıda daha bir özəl təhsil kompleksi fəaliyyətə başlayıb. 

"Bİ" xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2018-ci il sentyabrın 5-də "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC təsis edilib. 

Şirkətin qanuni təmsilçisi keçmiş təhsil nazri Misir Mərdanovun qızı Samirə Mərdanovadır. Yasamal rayonu, Mətbuat Prospekti, ev 54-də qeydiyyatdan keçən Kompleksin nizamnamə kapitalı 500 manatdır.