Çapa göndər
Yaralı hərbçimiz şəhid oldu

17 sentyabr 2022 - 22:10

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

Yaralı hərbçimiz bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Bildirək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi.

O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.