Çapa göndər
Putin İlham Əliyevə Paşinyanla söhbəti barədə məlumat verib

16 sentyabr 2022 - 21:52

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.  

“Dünən axşam mən Ermənistanın baş naziri ilə danışmışam - siz bu barədə bilirsiniz, mən sizə məlumat vermişəm”, - Putin deyib.