Çapa göndər
Gülağa Tənha: DAĞLAR

09 sentyabr 2022 - 23:26

Gülağa Tənha:

DAĞLAR

 

Atamın qəbri üstündə düşüncələr

 

 

 

Qara dərd üstün gəlir,

Yol alım hara, dağlar?

Namərd düşmən əlindən

Gəldim zinhara, dağlar.

 

Sellər-sular çağladı,

Yollarımı bağladı.

Dərd sinəmi dağladı,

Üz sürtüm qara, dağlar.

 

Gözü dolan dərdimi,

Rəngi solan dərdimi,

Tel-tel olan dərdimi

Yelinlə dara, dağlar!

 

Masallı, 24 mart, 1983