06 sentyabr 2022 - 12:44
Qarabağda yeni Xankəndi-keçmiş Əsgəran yolunun tikintisinə başlanılıb.
Bu barədə Rusiya sülhməramlı kontingentinin Telegram kanalı məlumat yayıb.
"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər", - məlumatda deyilir.
Yol keçmiş Əsgəran rayonunun Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri birbaşa Xankəndiyə birləşdirəcək.