Çapa göndər
Gülağa Tənha: MƏNİM MƏHƏBBƏTİM – MƏNİM VARIMDI

05 sentyabr 2022 - 22:40

 Gülağa Tənha:

MƏNİM MƏHƏBBƏTİM –
MƏNİM VARIMDI


İllərdi durmayan, günlərdi qaçan,
Sadiqim, dayağım duyğularımdı.
Ömrümə-günümə işıq, nur saçan,
Mənim məhəbbətim – mənim varımdı.


Dünyanın sərvəti gəldi-gedərdi,
Sevgisiz bir həyat puçdu, hədərdi,
Qiyməti ürəyim, ömrüm qədərdi,
Mənim məhəbbətim – mənim varımdı.


Qəm nədi, dərd nədi, qəti bilmərəm,
Onsuz sevinmərəm, onsuz gülmərəm,
Könlümdə yaşarsa, vallah, ölmərəm,
Mənim məhəbbətim – mənim varımdı.


İspaniya, sentyabr, 1998